Search
Close this search box.

Avtomobil sektorunda tarixi uzun illərə dayanan AUTO Azərbaycan şirkəti GAC brendin Azərbaycanda ilk və tək rəsmi distributorudur.

GAC Motor (tam adı GAC Motor Co., Ltd.) 21 iyul 2008-ci ildə təsis edilib və Guangzhou Automobile Group Co., Ltd-nin bir hissəsidir. GAC Motor dünya səviyyəli avtomobillərin, mühərriklərin, ehtiyat hissələrinin və avtomobil aksesuarlarının istehsalı və satışına, eləcə də avtomobil istehsalı sahəsində mühəndis tədqiqatlarına yönəlmiş yüksək texnologiyalı müəssisədir. Qlobal baxışı rəhbər tutaraq və beynəlxalq standartlara riayət etməklə, GAC elmi-tədqiqat, qlobal təchizat zənciri və müasir marketinq yanaşması ilə sıx inteqrasiya olunmuş innovativ istehsal sistemi yaratmış və inkişaf etdirməkdə davam edir.

GAC Motorun məqsədi dünya səviyyəli brend yaratmaqdır. Şirkət öz səylərini güzəştsiz keyfiyyətə nail olmaq, innovativ texnologiyaların işlənib hazırlanması və tətbiqi, yüksək inkişaf sürəti və Çinin ən yaxşı müəssisələri səviyyəsində mənfəət artımı nümayiş etdirməyə yönəldir.